00:00:00
Yazar
Admin User
04.09.2025 15:35 107 2 dəq oxuma
Siyasət

Əliyev–Putin görüşü təsadüf idi?

Əliyev–Putin görüşü təsadüf idi?

Bəzi iddialara görə, bu görüş tamamilə təsadüfidir. Digərləri isə düşünür ki, bu əlsıxma prosesi əvvəlcədən planlaşdırılıb və məqsəd görüntü yaratmaq olub.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a bildirib ki, bu görüş birmənalı şəkildə təsadüfi xarakterlidir:

 

"Əslində həmin görüşü müşahidə edən hər kəs aydın şəkildə görə bilər ki, parad öncəsi liderlərin toplandığı otaqda Cənab Prezidentlə Putinin tam təsadüfi qarşılaşması, əl sıxışması qısa bir zaman kəsimini əhatə edir və bu, əvvəldən planlaşdırılmış hər hansı bir görüş deyil. Düşünürəm ki, Azərbaycan–Rusiya münasibətlərinin bərpa olunması və gərginliyin aradan qaldırılması istiqamətində əsas məsuliyyət qarşı tərəfin üzərinə düşür. Çünki Azərbaycan bütün dövlətlərlə olduğu kimi, Rusiyaya da olan münasibətlərini hər zaman qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, suverenliyə hörmət prinsipi, ərazi bütövlüyünün tanınması və bir çox universal dəyərlər əsasında formalaşdırıb. Təəssüf ki, Rusiya tərəfindən Azərbaycana qarşı aqressiv ritorika, absurd bəyanatların səsləndirilməsi, qərəzli çıxışların ortaya qoyulması, mediada manipulyativ xarakterli məlumatların paylaşılması birmənalı şəkildə Azərbaycan–Rusiya münasibətlərinə zərbə vuran addımlardır. Eləcə də Azərbaycana məxsus mülki təyyarənin vurulmasından sonra rəsmi Kremlin hər hansı formada məsuliyyəti öz üzərinə götürməməsi, davamında azərbaycanlılara və azərbaycan əsilli Rusiya vətəndaşlarına münasibətlərdə zorakılıq aktlarının tətbiq olunması, Yekaterinburq hadisələri buna bariz nümunədir".

 

Politoloq həmçinin əlavə edib ki, indiki mərhələdə Rusiyanın aqressiv ritorikası davam etdiyi dövrdə Azərbaycan tərəfindən də eyni mövqe nümayiş etdirilir və lazım olduğu təqdirdə istənilən istiqamətdə cavab verilir:

 

"Düşünürəm ki, Rusiyanın bu gün üçün xarici siyasətində redaktə etməli olduğu ən önəmli istiqamətlərdən biri Cənubi Qafqaz siyasətində, xüsusilə Azərbaycana olan münasibətdə yanaşmanın dəyişilməsi ilə bağlıdır. Azərbaycan müstəqil, suveren, xarici siyasət kursuna sahib olan, hər hansısa bir dövlətin təsir və təzyiq mexanizmlərinə heç vaxt boyun əyməyən, kifayət qədər uğurlu inkişaf yolu keçən bir dövlətdir. Azərbaycanla əməkdaşlığın davam etdirilməsi Rusiyanın gələcəyi və xarici siyasəti üçün kifayət qədər önəmli xarakter alır. Düşünürəm ki, Azərbaycan kimi müttəfiqin və etibarlı tərəfdaşın itirilməsi Rusiya üçün nə regionda, nə də qlobal sistemdə əvəz edilə biləcək bir itki deyil və bu istiqamətdə dəyişiklik olmadığı halda münasibətlərin kəskinləşməsi ilə bağlı ehtimallar da heç bir halda istisna edilmir".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər