00:00:00
Yazar
Admin User
27.08.2025 12:38 99 1 dəq oxuma
Siyasət

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı salıb...

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı salıb...

Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubu oxunarkən başını aşağı salıb dinləyib.

 

"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Alxas Qazaryan deyib. Deputat xatırladıb ki, Azərbaycan liderinin bəyanatını Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub:

 

“Sərkisyanın Nazarbayevin Əliyevin məktubunu oxuyarkən başını aşağı əyərək, reaksiya vermədən dinləməsi hekayəsi... Mənəvi-əxlaqi cəhətdən təslim olanda belə olur: başını aşağı salıb dinləyirsən və cəmi iki gün sonra partiya gəncləri ilə görüşdə verilən sualları ötəri cavablarla yola verirsən. İndi bu şəxs bu gün kapitulyasiyadan (Baş nazir Nikol Paşinyanın təslim olmasından) danışır”.

 

Xatırladaq ki, Aİİ-nin 2014-cü il mayın 29-da keçirilən təsis qurultayında Ermənistanın birliyə üzvlüyü müzakirə olunanda Nursultan Nazarbayev İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktubu oxuyub. Azərbaycan Prezidenti məktubda Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi, Ermənistanın Aİİ-yə qəbulunun yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyünü vurğulayıb və bunun təsisçi dövlətlər tərəfindən nəzərə alınmasını istəyib. Azərbaycan liderinin bəyanatı oxunarkən Serj Sərkisyanın bunu reaksiyasız və başını aşağı salaraq dinləməsi o zaman Ermənistanda müzakirə mövzusuna çevrilib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər