00:00:00
Yazar
Admin User
04.09.2025 14:27 79 1 dəq oxuma
Dünya

Londonda avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb

Londonda avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb

Londonda ikimərtəbəli avtobus səkiyə çıxaraq şəhərin ən sıx dəmiryol vağzallarından biri olan "Viktoriya" stansiyasının yaxınlığındakı binaya çırpılıb.

 

"İnformator.az" "Report.az"a istinadla xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Polisin məlumatına görə, 15 nəfər xəstəxanaya yerləşdirilib, daha iki nəfərə yerində tibbi yardım göstərilib.

 

Avtobus sürücüsü də daxil olmaqla xəsarət alanların həyatına heç bir təhlükə yoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər