00:00:00
Yazar
Admin User
08.09.2025 05:15 42 1 dəq oxuma
Dünya

Londonda qadağan olunmuş "Palestine Action" qrupuna dəstək aksiyasında 890 nəfər saxlanılıb

Londonda qadağan olunmuş "Palestine Action" qrupuna dəstək aksiyasında 890 nəfər saxlanılıb

İngiltərədə polis, qadağan olunmuş təşkilat elan edilən "Palestine Action" qrupuna dəstək məqsədilə paytaxt Londonda keçirilən aksiyada 890 nəfəri saxlayıb.


İsraillə əməkdaşlıq edən şirkətlərə qarşı aksiyaları ilə tanınan "Palestine Action" qrupunun qadağan edilməsinə etiraz edən "Defend Our Juries" adlı təşkilatın çağırışı ilə dünən paytaxtdakı Parlament Meydanında toplaşan etirazçılar, yerli vaxtla saat 13:00-da aksiyaya başlayıblar.


Qadağaya qarşı çıxan etirazçılar özləri ilə gətirdikləri boş plakatlara "Soyqırıma qarşıyam, Palestine Action-u dəstəkləyirəm" sözlərini yazıblar. Qrupa dəstək verən nümayişçilərə London Metropolitan Polisi müdaxilə edib.


London Metropolitan Polisi yaydığı yazılı açıqlamada bildirib ki, saxlanılanların çoxu qadağan olunmuş bir qrupa dəstəyə görə həbs olunub. Eyni zamanda etirazların zorakılığa çevrilməsindən sonra polis əməkdaşlarına hücum və digər ictimai asayişi pozma hallarına görə də çox sayda şəxs saxlanılıb.


Açıqlamada qeyd olunub: “Ümumilikdə 857 nəfər Palestine Action-a dəstək verdiklərinə görə 2000-ci il Terrorizm Qanununun 13-cü bölməsinə əsasən saxlanılıb, onlardan 17-si polis əməkdaşlarına hücum da daxil olmaqla 33 nəfər isə digər cinayətlərə görə həbs olunub.”


İngiltərədə 5 iyuldan etibarən qadağan olunmuş təşkilatlar sırasına salınan "Palestine Action" qrupuna dəstək məqsədilə avqustun 9-da da aksiya keçirilmiş, həmin vaxt polis etiraza qoşulan 500-dən çox şəxsi saxlamışdı.


TRT Haber
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər