00:00:00
Yazar
Admin User
14.09.2025 06:34 79 1 dəq oxuma
Dünya

Londonda ticarət mərkəzində yanğın baş verib

Londonda ticarət mərkəzində yanğın baş verib

Londondakı “Westfield Stratford City” ticarət mərkəzində yanğın olub, bina təxliyə edilib.

 

"İnformator.az" “Independent”ə istinadla xəbər verir ki, yanğın ticarət mərkəzinə məxsus çoxmərtəbəli avtodayanacağın yuxarı mərtəbəsində bir neçə avtomobilin alovlanması nəticəsində baş verib.

 

Hadisə yerinə 10 yanğınsöndürən maşın və 70-ə yaxın yanğınsöndürən, həmçinin 32 metrlik xüsusi nərdivan cəlb olunub.

 

Yanğın nəticəsində ərazidə güclü tüstü müşahidə edildiyi üçün sakinlərə və şəhər sakinlərinə həmin ərazidən uzaqlaşmaq tövsiyə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər