00:00:00
Yazar
Admin User
26.08.2025 13:40 94 1 dəq oxuma
Siyasət

Londonla İrəvan arasında razılaşma

Londonla İrəvan arasında razılaşma

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti arasında İrəvanda görüş keçirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:

 

“Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, o cümlədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər