00:00:00
Yazar
Admin User
28.12.2024 17:17 270 1 dəq oxuma
İdman

Lucas Torreira üçün Uruqvaydan flaş iddia!

Lucas Torreira üçün Uruqvaydan flaş iddia!

Liqada və Avropada məğlubiyyətsiz yolunu davam etdirən "Qalatasaray"ın ən önəmli adlarından olan Lucas Torreira üçün flaş iddia ortaya atılıb.

 

“Qalatasaray”dakı çıxışı ilə adından söz etdirən və komandanın onurğa sütununa çevrilən Lucas Torreira bu mövsüm komandada ən çox forma geyinən futbolçulardandır.

 

"Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi olan Torreira üçün ölkəsindən mühüm xəbər gəlib. Montevideo City Torque klubu Lucas Torreiranı transfer etmək istəyir.

 

“City Football Group”a bağlı olan və Uruqvay İkinci Liqasında mübarizə aparan Montevideonun 28 yaşlı futbolçu üçün tezliklə “Qalatasaray”ın qapısını döyəcəyi bildirilib. Uruqvay komandasının yaxın vaxtlarda "Qalatasaray"a icarə təklifi verə biləcəyi bildirilərkən, bu transferin çətin olacağı da vurğulanıb. Sarı-qırmızılar, rədd edilə bilməyəcək bir təklif almadıqca oyunçunu buraxmağı düşünmürlər.

 

"Qalatasaray"da 105 matça çıxan uruqvaylı futbolçu 2 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər