00:00:00
Yazar
Admin User
26.09.2025 18:37 218 2 dəq oxuma
Siyasət

Lukaşenko Putinlə Moskvada danışıqlar aparır

Lukaşenko Putinlə Moskvada danışıqlar aparır

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Kreml də danışıqlar aparırlar. Onlar regional və ikitərəfli münasibətlərin bütün kompleksini müzakirə edəcəklər.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Qərb gözləyir ki, Rusiya sülh masasına əyləşəcək:

 

"Rusiya və Ukrayna müharibəsi mövzusunda birinciyə təziq vasitələrinin təsirli olmaması imkan yaradır ki, proses uzansın və savaş davam etsin. Burada ABŞ-nin tərəddüdləri və ya prosesə yumşaq müdaxiləsi də özünü göstərir. Lakin Avropa İttifaqı ölkələri arasında əsasən Almaniya bu müharibənin gələcək üçün doğuracaq daha ağır fəsadlarını anlayır və mütəmadi olaraq narahatlıq ifadə edir. Rusiyaya təziq məsələsində ABŞ və Avropanın mövqeyi fərqlidir. Avropa ölkələri arasında da məsələyə barmaqarası yanaşanlar var. Təsirli sanksiyaların tətbiq olunmaması, Ukraynaya digər dəstək vasitələrinin vaxtında və yerində çatdırılmaması, siyasi fikir ayrılığı da Rusiyaya imkan verir ki, "yubatma strategiyası" üzrə hərəkət etsin. Çünki indiki vəziyyət onun irəliləyişi üçün əlverişlidir. Bu şərait onun əlinə gələcəkdə düşməyə bilər. Odur ki, mümkün qədər aldadıcı taktika ilə məqsədinə doğru davam edir. Qərb gözləyir ki, Rusiya sülh masasına əyləşəcək. Ancaq bu baş vermədiyi halda alternativ yol xəritəsi yoxdur və təsir vasitələri nəzərdə tutulmayıb. Lakin sözdə təhdid və ya sanksiya hədələri də Rusiyanı sülhə məcbur etmək üçün kifayət etmir. Rusiya Prezidenti və Ukrayna Prezidentinin görüşünün baş tutmaması da bu qəbildəndir. Ukrayna və Rusiya münaqişəndə balans birincinin üstünlüyü ilə pozulub. Balansı bərpa etmək və nəticədə Rusiyadan gözlənilənin baş tutması üçün təbii ki, təziqlərin təsirli dərəcədə artırılması lübüddür. Əks halda müharibənin daha da şiddətli və əhatəli şəkildə davamiyyəti qaçılmaz olacaq. Prezidentlərin görüşündən də həlledici mahiyyət ummaq sadəlövhlük olardı. Bu, formal xarakter daşıyacaq. Çünki Rusiyanın bu məsələdə şərtləri aydındır və görüş burada hansısa dəyişikliyin baş verməsini istisna edir. Görüşün baş tutmaması zəminində alternativ yol yalnız ABŞ-nin və Avropanın təziqlərin təsirli hal almasıdır ki, Almaniya kansleri Fridrix Merts də bu reallığı dərk etdiyi üçün məlum ifadələri işlədib".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər