00:00:00
Yazar
Admin User
08.08.2025 17:16 80 1 dəq oxuma
Dünya

Lukaşenko: Son Prezidentliyim ola bilər

Lukaşenko: Son Prezidentliyim ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. TIME jurnalına verdiyi müsahibədə 70 yaşlı lider “yenidən namizəd olmağı planlaşdırmadığını” bildirib və zarafatla Trampın 80 yaşında hələ də yaxşı göründüyünü qeyd edib.

 

Lukaşenko bildirib ki, gələcək Prezident radikal dəyişikliklər etməməli, ölkənin sabit inkişafını təmin etməlidir. O, oğlu Nikolayın varis olacağı ilə bağlı yayılan iddiaları da qəti şəkildə təkzib edib.

 

2020-ci ildə saxtakarlıqla müşayiət olunan seçkilərdən sonra ölkədə geniş etirazlar baş vermiş, yüzlərlə müxalifətçi həbs edilmişdi. 2024-cü ildən bəri bir neçə yüz nəfər azad edilsə də, hüquq-müdafiəçiləri hələ də 1,200-dən çox siyasi məhbusun olduğunu bildirir. Lukaşenko isə siyasi məhbusların mövcudluğunu inkar edir.

 

ANEWZ

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər