00:00:00
Yazar
Admin User
23.09.2025 04:25 67 1 dəq oxuma
Dünya

Lula da Silva Trampı prezident vəzifəsinə uyğun davranmağa çağırıb

Lula da Silva Trampı prezident vəzifəsinə uyğun davranmağa çağırıb

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Ağ Ev rəhbəri Donald Trampa vəzifəsinə uyğun davranmağı tövsiyə edib, çünki o, texnoloji və iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş dövlətinə rəhbərlik edir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Braziliya lideri “PBS News” telekanalına müsahibəsində bildirib.

 

“Prezident Tramp aparıcı iqtisadi gücün, hərbi və texnoloji cəhətdən ən böyük ölkənin dövlət xadimi kimi davranmalıdır”, - o deyib.

Lula da Silvanın sözlərinə görə, ABŞ administrasiyası xarici siyasətdə daha məsuliyyətli davranmalı və başqa ölkələrin daxili işlərinə müdaxilədən çəkinməlidir.

 

“Məni narahat edən odur ki, ABŞ uzun müddətdir dünyaya bəyan edib ki, dünya demokratiyasının təcəssümüdür. Bu ölkə böyüklüyə və gücə malikdir, o, daha məsuliyyətli daşımalıdır”, - dövlət başçısı bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər