00:00:00
Yazar
Admin User
12.11.2025 18:41 135 2 dəq oxuma
Dünya

Müdafiə nazirləri təyyarə qəzası ilə bağlı danışıb

Müdafiə nazirləri təyyarə qəzası ilə bağlı danışıb

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri baş vermiş təyyarə qəzası ilə bağlı birgə məsləhətləşmələr keçiriblər. Tərəflər hadisə ilə əlaqədar vəziyyəti müzakirə edib, axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə qarşılıqlı məlumat mübadiləsi aparıblar. Nazirlər həmçinin regionda təhlükəsizlik və fövqəladə hallar zamanı koordinasiyanın gücləndirilməsi məsələlərinə də toxunublar. Qeyd olunub ki, üçtərəfli əməkdaşlıq formatı bu kimi fövqəladə vəziyyətlərdə operativ reaksiyanın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Bu mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az” a bildirib ki, Türkiyə Müdafiə Nazirliyinin balansında olan yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı üçtərəfli araşdırmanın getməsi barəsində rəsmi açıqlamaları məlumdur:

 

“Araşdırmalar beynəlxalq konvensiyaya uyğun araşdırılacaq və hadisənin ədalətli, araşdırılması üçün dəqiqliklə ictimaiyyətə məlumat vermək üçün təbii ki, üçtərəfli komissiyanın yaradılması və hadisəyə ədalətli qiymət verilməsi üçün birgə araşdırma işlərinin getməsi barəsində məlumatlar var. Təbii ki, baş verən hadisə faciədir. Yəni bu hadisənin deməli araşdıran komissiyanın rəyindən sonra ictimaiyyətə dəqiq məlumatlar verir. Bunun üçün də təyyarə hərbi təyinatlı olduğuna, burada mülki sahənin əməkdaşları deyil, hərbi mütəxəssislərin iştirakı mütləqdir. Eyni zamanda, təyyarədə qara qutunun tapılması və araşdırma zamanı müəyyən ediləcək ki, bu texniki səbəbdən olub və ya hansısa bir hadisənin baş verməsi ilkin məlumatlara görə, hadisə texniki xarakter daşıyır. Ancaq dəqiq ictimaiyyətə məlumatı o zaman dəqiq informasiya bu işi araşdıran komissiyanın birgə komissiyanın həm Türkiyə mütəxəssislərinin, həm Gürcüstan, həm də Azərbaycan mütəxəssislərinin birgə iştirakı ilə aparılan araşdırmadan sonra dəqiq məlumat ola bilər. Mütləq şəkildə təyyarənin qara qutusunun açılmasından sonra oxunmasından sonra dəqiq bilinməyən nəsə baş verib. İlkin məlumatlara görə, hadisələrin araşdırılmasına görə qəza texniki xarakter daşıyır. Amma məsələ burasındadır ki, istər Azərbaycanda Gəncə şəhərində hava limanında təyyarənin qalxmazdan qabaq texniki baxış keçirilib. Deməli, Gürcüstan ərazisinə keçən zaman hadisənin birdən-birə faciəli şəkildə baş verməsi və təyyarənin görüntüsü də videogörüntüsü də onu göstərir ki, nəsə böyük bir faciə baş verib. Təbii ki, Türkiyə mütəxəssisləri bu prosesdə mütləq şəkildə araşdırmada iştirak etməli, iştirak edir. Yaxın vaxtlarda qara qutu oxunduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər