Müdafiə xərcləri Azərbaycanın hərbi büdcəsinə çatmayacaq
Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarqsyan bildirib ki, ölkənin müdafiə xərcləri Azərbaycanın hərbi büdcəsinin həcminə heç vaxt bərabər ola bilməz.
O qeyd edib ki, 2026-cı il dövlət büdcəsində Müdafiə Nazirliyinə ayrılan vəsaitin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.
Nazir müavininin sözlərinə görə, Müdafiə Nazirliyi 2026-cı ildə də əvvəlki illərin məntiqi ilə fəaliyyətini davam etdirəcək.
Müqayisə üçün:
* Ermənistanın 2025-ci il hərbi büdcəsi 1,7 milyard dollar,
* Azərbaycanın 2025-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.
Report.az
Nazim Xeyrxəbərli