00:00:00
Yazar
Admin User
04.08.2025 10:21 119 2 dəq oxuma
Dünya

Müharibə cinayəti olan hücumları dayandırın

Müharibə cinayəti olan hücumları dayandırın

Qəzzadakı İsrail əsgərlərini “müharibə cinayəti” sayılan hücumları dayandırmağa və humanitar dəyərlərdən imtina etməməyə çağıran 1000 nəfərlik israilli sənətçi yayımladıqları bəyanatda “uşaqların və günahsız insanların öldürülməsinə, aclığa, əhalinin sürgün edilməsinə və şəhərlərin mənasız şəkildə dağıdılmasına” qarşı olduqlarını bildiriblər.

 

Sənətçilər həm İsrail ordusunu, həm də siyasi qərarvericiləri və sahədəki əsgərləri Qəzzada “müharibə cinayəti” sayılan hücumları dayandırmağa və humanitar dəyərlərə sadiq qalmağa çağırıblar. İsrailli sənətçilər, eyni zamanda, Netanyahu hökumətinə də müraciət edərək Qəzzada saxlanılan əsirlərin azad olunması müqabilində hücumlara son qoymağa çağırıblar. Bəyanata imza atan sənətçilər arasında müğənnilər Gidi Gov, Riki Gal və aktrisa Keren Mor da yer alıb.

 

İsrailin hücumları və humanitar yardımın qarşısını alan sərt mühasirəsi altındakı Qəzza zolağı hazırda aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin tapılmadığı bir humanitar fəlakət yaşayıb. Xüsusilə uşaqlar olmaqla, Qəzza zolağında aclıq səbəbindən ölüm halları artır. İsrailin aclıqla təzyiq göstərdiyi Qəzzada 7 oktyabr 2023-cü ildən bəri 93-ü uşaq olmaqla, 175 nəfər aclıqdan həyatını itirib. Yerli və beynəlxalq qurumlar İsrailin “aclıq və susuzluğu silah kimi istifadə etdiyini” bildiriblər.

 

Ən əsas ehtiyaclardan məhrum edilən fələstinlilər natamam çadırlarda və ya gigiyena şəraitinin olmadığı, tualetlərin belə kifayət etmədiyi, yoluxucu xəstəliklərin yayıldığı, həddindən artıq sıx məktəblərdə yaşamağa çalışırlar. İsrail ordusu isə hər gün həyata keçirdiyi hücumlarla bu çadırlara və mülki yaşayış məntəqələrinə bombalar yağdırıb.

 

Haberler.com
Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər