00:00:00
Yazar
Admin User
17.06.2025 15:42 132 1 dəq oxuma
Dünya

Müharibə Qəzza ilə bağlı əldə olunmuş irəliləyişi pozub

Müharibə Qəzza ilə bağlı əldə olunmuş irəliləyişi pozub

İran-İsrail müharibəsi Qəzza zolağındakı münaqişənin həlli üzrə danışıqlarda əldə edilmiş irəliləyişi pozdu.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

 

"Qəzza zolağında mümkün atəşkəsin qiymətləndirilməsindən söhbət gedəndə biz İran və ABŞ, həmçinin HƏMAS və İsrail arasında müsbət dinamika müşahidə etdik. Bu dinamika İsrailin İrana hücum etməsi ilə pozuldu, buna görə də bu müsbət trayektoriyaya qayıtmağın yeganə yolu regionda gərginliyə son qoymaq və diplomatik qarşılıqlı əlaqənin bərpası üçün yollar tapmaqdır. Bu, hazırda məşğul olduğumuz məsələdir", - o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər