00:00:00
Yazar
Admin User
01.10.2025 16:56 94 1 dəq oxuma
Siyasət

Müharibədən sülhə: Azərbaycanın siyasi üstünlüyü

Müharibədən sülhə: Azərbaycanın siyasi üstünlüyü

Ermənistan və Azərbaycan arasında sülh istiqamətində bu il avqustun 8-də ABŞ-də imzalanan sənəd Azərbaycanın müharibədəki qələbəsindən sonrakı siyasi qələbəsidir. Bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. Baş prokuror əlavə edib ki, həmçinin ABŞ-də Azərbaycana qarşı sanksiyanı nəzərdə tutan "907-ci düzəliş"in ləğvi də Prezident İlham Əliyevin siyasi və diplomatik sahədə qazandığı yeni qələbə idi.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Vaşinqtonda imzalanan sülh sazişi paraflanıb:

 

"Konstitusiyanın dəyişdirilməsi gələn il üçün nəzərdə tutulub. Əldə olunan qələbənin siyasi qələbəyə çevrilməsindəki əsas amil sülh sazişidir. Sülh sazişi imzalandıqdan sonra bu qələbə tam rəsmiləşdiriləcək. Azərbaycanın müharibədə qalib gəlməsi prezidentin atdığı güclü addımların sübutudur. Ermənistanı dəstəkləyən qüvvələr bu reallığın dəyişdirilməsi üçün müəyyən addımlar atıblar. Azərbaycan isə sona qədər mübarizə aparıb. 907-ci düzəlişin ləğvi daha çox siyasi və hərbi müstəvidə Azərbaycana imkanlar yaradacaq. Çünki 907-ci qərar Amerikanın Azərbaycana hərbi yardımını dayandırırdı. Bu, münasibətlərin müsbətə doğru getdiyini göstərib. Ermənistanın Konstitusiyasının dəyişdirilməsi də birbaşa şəkildə həyata keçirilib. Bu proseslər müharibədən sonra Azərbaycanın qələbəsi kimi göstərilə bilər".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər