00:00:00
Yazar
Admin User
03.10.2025 06:11 134 1 dəq oxuma
Dünya

Münhenin hava limanı dronlara görə fəaliyyətini dayandırıb

Münhenin hava limanı dronlara görə fəaliyyətini dayandırıb

Münhenin hava limanı (Almaniya - red.) hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə hava limanının saytında dərc olunmuş məlumatda deyilir.

 

"Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi yerli vaxtla saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatı müşahidə edildiyinə görə onları tamamilə dayandırıb", - məlumatda deyilir.

 

Qeyd olunur ki, insident nəticəsində 17 reys dayanıb. Fasilə 3 000-ə yaxın sərnişinə təsir edib.

 

Gələn 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurt limanlarına yönləndirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər