00:00:00
Yazar
Admin User
14.09.2025 10:16 103 1 dəq oxuma
Dünya

Mütəllibovun sabiq mətbuat katibi vəfat edib

Mütəllibovun sabiq mətbuat katibi vəfat edib

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.


"İnformator.az" "Bakupost.az"a istinadla xəbər verir ki, o, sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.


R.Ağayev uzun illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı, sonra rus dilində yayım redaksiyasının rəhbəri, “Novosti” mətbuat agentliyinin “Trud” qəzetinin xüsusi müxbiri olub, Liviya və Suriyada sovet jurnalisti kimi fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan KP MK birinci katibinin köməkçisi, sonra isə MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

Rasim Ağayev bu gün Buzovna qəbiristanlığında dəfn olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər