Macarıstanın Baş naziri Brüsseli ittiham edib
Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Ukrayna ilə bağlı müharibəyə başlamaq niyyətində olmaqda günahlandırıb.
“Kopenhagen, ikinci gün. Vəziyyət ciddidir. Masada açıq-aşkar müharibə yönümlü təkliflər var. Onlar Aİ vəsaitlərini Ukraynaya vermək istəyirlər. Ukraynanın sürətli üzvlüyünü təmin etmək üçün müxtəlif hüquqi hiylələrdən istifadə edirlər. Silah tədarükünü maliyyələşdirmək istəyirlər. Bütün bu təkliflər aydın göstərir ki, brüssellilər müharibəyə getmək niyyətindədirlər”, – Orban “X” sosial şəbəkəsində yazıb.
“Macarıstan mövqeyində qəti şəkildə dayanacağam, amma bu sammit eyni zamanda sübut edir ki, qarşıdakı aylar müharibə təhlükəsi ilə bağlı olacaq. Bizim bütün siyasi icmamızın və sülh arzusunda olan hər bir macarın dəstəyinə ehtiyacımız olacaq”, – Orban əlavə edib.
TASS
Nuray Əliyeva