Madriddə kafedə partlayış olub
İspaniyanın paytaxtı Madriddə yerləşən kafelərdən birində baş verən partlayış nəticəsində 14 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
"İnformator.az" xəbər verir ki, hadisə şəhərin Valyekas rayonunda qeydə alınıb.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib.