Maduro əməliyyatında iştirak edən, mərcdən 400 min dollar qazanan ABŞ hərbçisi həbs edilib
Venesuela Prezidenti Nikolas Maduronun 2026-cı ilin yanvarında saxlanıldığı əməliyyatda iştirak edən ABŞ hərbçisi Qennon Ken Van Dayk məxfi məlumatlardan istifadə edərək Polymarket platformasında mərc etdiyi iddiası ilə həbs olunub.
O, əməliyyatla bağlı gizli məlumatlara əsaslanaraq təxminən 400 min dollar qazanc əldə etməkdə ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyi bunu federal qanunların pozulması kimi qiymətləndirib.
Van Dayk-a qarşı məxfi məlumatlardan şəxsi qazanc üçün istifadə və fırıldaqçılıq maddələri üzrə ittihamlar irəli sürülüb.
BBC News
Mələk Hüseynova