00:00:00
Yazar
Admin User
29.08.2025 09:42 96 1 dəq oxuma
Dünya

Madurodan Trampa tarixi rest

Madurodan Trampa tarixi rest

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ Prezidenti Donald Trampın "narkotik kartelləri ilə mübarizə" bəhanəsi ilə Karib hövzəsinə bir sualtı qayıq və 7 hərbi gəmiyə malik dəniz qrupunu göndərmək qərarına münasibət bildirərək, "Venesuelaya girmələrinin heç bir yolu yoxdur" deyib.

 

Maduro çıxışında qeyd edib:
"Bütün şəxsi heyəti, ölkə miqyasında bütün milis qüvvələrini və xalqı məlumatlandırın. Bundan əlavə, bu şəraiti millətin müdafiə planlarını gücləndirmək üçün qiymətləndirməyimiz lazımdır. Bu gün, 20 günlük fasiləsiz mühasirədən sonra dünəndən daha güclüyük. Daha çox milli və beynəlxalq dəstəyimiz var".

 

ABŞ Prezidenti Tramp isə daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartellərinə yerində mübarizə aparmaq iddiası ilə ordunun daha geniş və effektiv istifadəsi barədə göstəriş verib. CNN-ə açıqlama verən iki yüksək rütbəli ordu nümayəndəsi isə Trampın göstərişindən sonra bölgəyə 4 min dəniz piyadası göndərilməsi qərarının alındığını bildirib. Tramp, 15 avqustda da Venesuela sahillərinə 3 hərbi gəmi göndərilməsi əmri verib.

 

Venesuela Prezidenti Maduro isə 18 avqustda ABŞ-nin mümkün müdaxiləsinə dair çıxışında belə deyib:
"Dənizlərimizi, səmamızı və torpaqlarımızı biz müdafiə edəcəyik, biz azad edəcəyik, biz müşahidə edib patrul edəcəyik. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz və Cənubi Amerikanın müqəddəs torpaqlarına toxunmamalıdır".


Haberler.com
Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər