00:00:00
Yazar
Admin User
14.08.2025 18:16 79 1 dəq oxuma
Dünya

Mahmudçala təsərrüfatına suyun verilişi bərpa edilib

Mahmudçala təsərrüfatına suyun verilişi bərpa edilib

Mahmudçala ovçuluq təsərrüfatına suyun verilişi bərpa edilib.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə təsərrüfatın müfəttişi Rahib Həsənov bildirib.

 

Onun sözlərinə görə, Salyan Su Meliorasiya Təsərrüfatı ilə aparılan danışıqlar nəticəsində qurum nümayəndələri Mahmudçala təsərrüfatından keçən Salyan–Muğan ötürücü kollektorunun qarşısındakı bəndin bağlanmasına razılıq veriblər.

 

Hazırda ərazidə suyun səviyyəsinin artması müşahidə olunur.


Xatırladaq ki, bir neçə gün öncə Mahmudçala ovçuluq təsərrüfatından keçən Salyan–Muğan ötürücü kollektorunun suyunun başqa istiqamətə yönləndirilməsi balıqların kütləvi tələfinə səbəb olmuşdu.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər