Makron Avropanı qara tüstüyə boğub
Afrika qitəsi yer üzündəki bütün mədənlərin üçdə birinə malik coğrafiyadır. Dünyada hasil edilən qızılın 79 faizi, almazın 76 faizi, kobaltın 75 faizi, platinin 50 faizi, vanadiumun 40 faizi və uranın 21 faizi Afrikada istehsal edilir. Müasir müstəmləkəçiliyin əsasları Portuqaliya və İspaniya ilə qoyulsa da, Afrikadakı Qərb müstəmləkəçiliyi Fransadan başlayır. Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq quraraq qitənin 35 faizini 300 il nəzarətində saxlayıb, hələ də saxlamaqdadır.
Qərbi Afrikada, Saxara səhrasının cənubunda yerləşən, 25 milyon əhalisi olan Niger dünyada dördüncü ən böyük uran ehtiyatına malikdir. Elə bu təbii ehtiyatına görə də fransızların diqqətini çəkib. 1968-ci ildə Nigerdə fəaliyyətə başlayan Fransa enerji şirkəti illik gücü 2300 ton olan uran mədənini işlədir. Fransadakı nüvə reaktorlarının uran tələbatı Niameydən ödənilir.Yəni Yeliseyin hər üç lampasından biri Nigerdən gələn uran sayəsində yanır. Nigerdə isə əhalinin təxminən 90 faizinin elektrik enerjisinə çıxışı yoxdur. Bu sadəcə bir nümunədir. Bunun kimi onlarla sahədə fransa şirkətləri ölkənin təbii ehtiyatlarını talayır. Əslində, onların böyük əksəriyyəti öz ölkələrində uran olduğunu belə bilmirlər. ölkə inkişafda bir addım irəli gedə bilməyib.infrastruktur demək olar ki, yox dərəcəsindədir. Epidemiyalar isə tüğyan edir. Nigerlilər təkcə aclıq səfalətlə sınanmır eyni zamanda malyariya da burada çox insanın ölümünə səbəb olur. Zamanında Jak Şirak dediyi kimi “Afrika olmasaydı, Fransa üçüncü dünya dövləti səviyyəsinə enərdi” . G7-nin üzvü olmaqdan başlayaraq, Avropa Birliyinin qurucularından biri olmağa qədər Fransanın güc mənbəyi məhz Afrikanın sərvətləridir. İndi Parisdə baş verən hadisələr Yeliseyin qitədə əsrlərdir həyata keçirdiyi istirmarçılığın əvəzidir.Fransa 1961-ci ildən bəri 14 Afrika ölkəsinin milli ehtiyatlarına sahibdir. Yelisey xəzinədarlığı Afrikadan illik 500 milyard dollar gəlir əldə edir. Keçmiş Fransa koloniyalarında hələ də dövlət satınalmalarında fransız şirkətlərinə üstünlük verilir.
Qara qitədə 100 milyona yaxın insan fransızca danışır. Afrikadakı 54 ölkədən 27-nin rəsmi dili fransız dilidir.Hələ də Fransa Afrikadakı maraqlarını qorumaq üçün qəzetlərdən, jurnallardan, televiziya və radio stansiyalardan istifadə edir. İllərdir afrikalılar dünyanın başqa ölkələrinə səfər etmək üçün mütləq Air France və ya British Airways-dan istifadə etməlidirlər. Daha bir maraqlı məqam Afrika qitəsində fransanın bir zamanlar pul vahidi olan Frankn qitədə dövriyyədə olmasıdır. Bu valyutanın alıcılıq qabiliyyəti Parisdə müəyyən edilir. franklar Fransanın Lion şəhəri yaxınlığında çap edilir.
Prezident Makron hakimiyyətinin yeni dövründə müstəmləkəçiliyi sələflərinin “böyük səhvi” adlandırsa, “tarixdə yeni səhifə açmağın” vaxtının gəldiyini bəyan etsə də, dəyişən nəsə yoxdur. Bir neçə ay əvvəl Afrika ölkələrinə səfərində Fransanın müstəmləkə keçmişinin nəticələrini aradan qaldırmağa söz verməsinə baxmayaraq, Əlcəzairdə törədilən qırğınlara görə üzr istəməkdən imtina etdi. Halbuki hələ 2017-ci ildə hələ prezidentliyə namizəd olarkən Əlcəzairdə Fransanın törətdiyi soyqırımı “insanlığa qarşı cinayət" adlandıraraq, Parisin bu əməllərinə görə üzr istəməsinin vacibliyini vurğulamışdı. Uzun sözün qısası qara qitədən qopartdığını qənimət bilən Makron indi Avropanı qara tüstüyə boğub.
Leyla
