00:00:00
Yazar
Admin User
02.07.2025 06:55 125 1 dəq oxuma
Dünya

Makron Putinə buna görə zəng edib

Makron Putinə buna görə zəng edib

Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına təşəbbüsü onu göstərir ki, AB ölkələri İran məsələsi üzrə danışıqların iştirakçıları dairəsinə yenidən daxil olmağa çalışır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Le Parisien” mənbələrə istinadən məlumat yayıb.

 

“Bu telefon zəngi istənilən halda Avropa diplomatiyasının, xüsusən də Almaniya, Fransa və Böyük Britaniya üçlüyünün İran məsələsinə nəzarəti bərpa etmək istəyini göstərir. Dövlət başçıları problemin diplomatik yollarla həlli üçün addımların əlaqələndirilməsinin zəruriliyində təkid ediblər”, - məlumatda deyilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər