00:00:00
Yazar
Admin User
05.09.2025 19:14 113 2 dəq oxuma
Dünya

Makron: Rusiya dialoqdan imtina edərsə, sanksiyalar tətbiq olunacaq

Makron: Rusiya dialoqdan imtina edərsə, sanksiyalar tətbiq olunacaq

Fransa Prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, Rusiya danışıqlardan imtina etdiyi halda Avropa ölkələri ABŞ ilə koordinasiyada ona qarşı yeni sanksiyalar tətbiq edəcək. O, bu fikri Parisdə “Arzuedənlər koalisiyası”na daxil olan ölkələrin liderləri ilə görüşdən sonra səsləndirib.

 

Mövzü ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa artıq Amerkaya ciddi şəkildə dirənc göstərir ki, Rusiyaya qarşı sanksiyaları artırmaq lazımdır:

 

“Rusiyada sakit duracaq. Böyük ehtimal Rusiya da Avropanın- Fransanın bu təklifinə qarşı reaksiya göstərməyə çalışacaq. Amma bunun nə qədər effektiv olacağı hələ ki reallıqda görsənmir. Deyək ki bu sanksiyalar tətbiq edilsə nə ola bilər? Sanksiyalar hazırda çoxda ciddi təsir göstərmir.”

 

Politoloqun sözlərinə görə, bu sanksiyalar Rusiya iqtisadiyyatının ciddi bir qırılma nöqtəsinə doğru aparır:

 

“Yəni Rusiya əvvəldən də qazını, neftini böyük hissəsini Qərbə- Avropaya, Amerkaya satırdısa indi bu müəyyən qədər azalmalara doğru gedir. Ora satdığı nefti, qazı xeyli ucuz qiymətə Çinə, Hindistana satır ki, bu da Rusiya iqtisadiyyatının zəifləməsinə gətirib çıxarır, bir tərəfdən də müharibə gedir. İkinci tərəfdən bu sanksiyalar həm də Qərb ölkələrinin bir koalisiya ətrafında birləşib Ukraynaya dəstək göstərməsinə imkan yaranır. Bu da Rusiyaya ciddi təsir göstərir. “

 

O həmçinin bildirib ki, Avropa dövlətləri bu gedişatı davam etdirsələr, sanksiyaların da eyni zamanda müharibənin gedişin də bir dəyişiklik ola bilər:

 

“Təbii ki Rusiyanın bu cür qeyri-adi davranışları son nəticədə Avropanı çətir altında birləşməyə məcbur edə bilər. Böyük ehtimal ki, Rusiya bundan qorunmaq üçün bu iqtisadi müharibədə məğlub olmamaq üçün Çinə və Hindistana yaxınlaşacaq ki, bu da son nəticədə müəyyən mənada Rusiyanın Çin və Hindistana daha çox asıllı olma şəraitini yaradacaq. Bu da heç yaxşı hal deyil, amma Avropa tam olaraq bunu da istəmir. Çünki Rusiya Çin və Hindistana daha çox asıllı olması gələcəkdə Avropa Rusiya üzərində olan planlarını da sual altına qoyur. Ona görə də çalışırlar ki, orta xətti tutsunlar o da nə dərəcə tuta biləcəklər o da tərəflərin aparacağı danışıqlardan və əldə edəcəyi razılaşmalardan asılıdır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər