00:00:00
Yazar
Admin User
26.09.2025 10:35 247 2 dəq oxuma
Siyasət

Makron Rusiya təyyarələrinin vurulmasına qarşı çıxıb

Makron Rusiya təyyarələrinin vurulmasına qarşı çıxıb

NATO alyansa üzv ölkələrin sərhədlərində yeni rus təxribatlarından bir addım qabaqda olmalıdır, lakin atəş açmamalıdır.


Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.


“Yeni təxribatlar olarsa, bir az da sərt cavab verməliyik. Söhbət sınaq təlimlərindən gedirsə, atəş açmamalıyıq” - Makron bildirib.


Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Makronun açıqlamaları əslində NATO-nun bu günə qədər sərgilədiyi davranışların məntiqi nəticəsidir:


“Əgər NATO Rusiyaya qarşı müdafiə taktikasını “atəş açmamaq” prinsipi üzərində qurubsa, Makron sadəcə bunu dilə gətirir.


Biz üç il yarımlıq Rusiya-Ukrayna müharibəsi kontekstində ABŞ və NATO-nun davranışlarını diqqətlə analiz etsək, görəcəyik ki, bu müharibə strategiyası Rusiyanı məğlub etməkdən çox, onu tükəndirmək və bitirmək məqsədinə köklənib”.


Politoloq qeyd edib ki, müharibə başlamazdan öncə hər iki tərəf gücünü hesablayıb:


“Burada mən sadəcə Ukraynanı deyil, NATO-nu da nəzərdə tuturam. Real güc balansı kontekstində hansı addımların daha məqsədəuyğun olduğunu nəzərə alaraq strateji plan hazırlanmışdır. Biz sadəcə müharibənin görünən tərəfini deyil, görünməyən tərəflərini də təhlil etməliyik.


Ona görə də mənə elə gəlir ki, NATO və Avropa üçün müharibə ən uğurlu ssenaridə davam edir. Bu ssenaridə Rusiyanın birdən-birə məğlub edilməsi nəzərdə tutulmayıb, çünki bu, mümkün deyil. NATO strategları Rusiyanı düzgün qiymətləndirməyi bacarıblar.


Nəticə etibarilə, hər hansı qətiyyətli hərəkət müharibənin uzunmüddətli xarakterindən alınmağına gətirib çıxarıb və artıq NATO-da hər kəsə bəllidir ki, Rusiya bundan çəkinməyəcək. Məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə də Makronun dediyi yeni fikir deyil. Bu, NATO-dakı ümumi qənaətin və gizli olan qənaətin açıq şəkildə ifadəsidir. Görünür ki, Ukraynaya vaxtında lazım olan vacib silahlar verilmiş olsaydı, müharibə bölgədə artıq bitmiş olardı.


Yəni müharibənin ilk aylarda və ilk bir il ərzində Rusiyanı məğlub etmək niyyətində olsaydı, NATO bunu edə bilərdi. Rusiya isə bu qədər cəsarətlənməzdi. Burada bir taqətdən düşmə, bir tükənmə müharibəsi gedir və onun da ən yaxşı yolu müharibəni daha qaynar fazaya daşımamaqdır”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər