Makron Ukraynaya yeni uzaqmənzilli raketlər göndərəcəklərini açıqlayıb
Fransa prezidenti Emmanuel Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəklərini açıqlayıb.
İnformator.az xarici KİV-ə istinadən bildirir ki, NATO Sammiti üçün Litvanın paytaxtı Vilnüsdə olan Makron jurnalistlərə açıqlamasında İsveçin NATO-ya daxil olması üçün dünən əldə olunan razılaşmanı alqışladığını bildirib.
Makron həmçinin Finlandiyanın NATO üzvü kimi masa arxasında olmasından xoşbəxt olduğunu bildirib.
Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri NATO-nun şərq cinahında hərbi varlığını gücləndirdiyinə diqqət çəkən Makron min fransız əsgərinin Rumıniyada, 300 fransız əsgərinin isə Estoniyada olduğunu bildirib.
Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəkləri barədə məlumat paylaşıb.
Ukraynaya əlavə silah və hərbi sursat göndəriləcəyini bildirən Makron Rusiyanın bu müharibədə qalib gəlməməsi lazım olduğunu bildirib.
Milli mətbuatın yazdığına görə, Fransa Ukraynaya SCALP tipli raketlər göndərəcək.
Aydan Qasımova
