00:00:00
Yazar
Admin User
31.08.2025 06:36 75 1 dəq oxuma
Dünya

Makrona qarşı koalisiya yaratmağa çağırış edilib

Makrona qarşı koalisiya yaratmağa çağırış edilib

Fransada Milli Birlik partiyasının lideri Jordan Bardella Prezident Emmanuel Makronun siyasətinə qarşı çıxan sağçı qüvvələrdən ibarət koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

 

"İnformator.az" xəbər verir ki, o, fikrini BFMTV kanalına müsahibəsində bölüşüb.

 

“Mən makronizmdə əriməmiş sağçı siyasətçilərə əl uzatmaq istəyirəm”, - deyə Bardella qeyd edib.

 

Bu bəyanat sentyabrın 8-də Fransa Milli Assambleyasında Fransua Bayru hökumətinə etimad səsverməsi ərəfəsində verilib. Milli Birlik partiyasından olan deputatlar etimadsızlıq votumunu dəstəkləmək və hazırkı hökumətin istefasına səs vermək niyyətindədirlər.

 

Bundan əvvəl Makron vaxtından əvvəl istefa vermək niyyətində olmadığını bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər