Makronun növbəti addımı nə olacaq?
Bazar ertəsi günü Fransa yeni siyasi böhrana sürükləndi – baş nazir Fransua Bayru və onun azlıq hökuməti parlamentdə keçirilən etimad səsverməsini uduzaraq istefa verdi.
Deputatlar ona qarşı 364–194 səs nisbəti ilə səs verdilər və bu, prezident Emmanuel Makronu yenidən yeni hökumət başçısı axtarmağa məcbur etdi.
Bir ildən az müddətdə vəzifədə qalan Bayru, Fransanın artan borcunu cilovlamaq üçün ciddi xərclərin azaldılmasını nəzərdə tutan planına qanunvericilərin dəstək verəcəyinə ümid edərək, karyerasını misilsiz bir etimad səsverməsinə çıxarıb.
Euronews
Fatimə Heydərova