00:00:00
Yazar
Zeynəb Yunuszadə
27.04.2026 21:10 21 1 dəq oxuma
Dünya

Malidə vəziyyət kəskinləşir: separatçı və islamçı qruplar birgə hücumlara başlayıb

Malidə vəziyyət kəskinləşir: separatçı və islamçı qruplar birgə hücumlara başlayıb

"İnformator.az" "BBC Türkçe" -yə istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Malidə həftəsonu təhlükəsizlik vəziyyəti ciddi şəkildə pisləşib, müxtəlif bölgələrdə separatçı silahlı qruplar və islamçı təşkilatlar tərəfindən ardıcıl hücumlar həyata keçirilib.

 

Ölkənin müdafiə naziri yaşayış evinə təşkil olunan intihar hücumu nəticəsində həlak olub.

Hərbi hakimiyyəti dəstəkləyən rus muzdlu qüvvələri — Africa Corps — şimaldakı Kidal şəhərindən geri çəkildiklərini açıqlayıblar.

Separatçı Azavad Azadlıq Cəbhəsi (FLA) aprelin 26-da yaydığı bəyanatda Kidal üzərində nəzarəti ələ keçirdiyini bildirərək şəhərin “azad edildiyini” elan edib.

Regionda uzun müddətdir fəaliyyət göstərən Tuareg separatçı qrupları ilə “əl-Qaidə” və İŞİD-lə əlaqəli JNIM təşkilatı arasında yeni əməkdaşlıq formalaşıb. Tərəflər ilk dəfə olaraq rejim dəyişikliyi məqsədilə koordinasiyalı fəaliyyət göstərdiklərini bəyan ediblər.

JNIM bəzi hücumların FLA ilə birgə həyata keçirildiyini də təsdiqləyib.

Hazırda ölkədə vəziyyət gərgin olaraq qalır.

#gündəm #hücumlara #vəziyyət #birgə #malidə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər