”Mançester Siti” “Qalatasaray”ın təklifini geri çevirib
Türkiyə “Qalatasaray”ı İngiltərənin “Mançester Siti” klubuna futbolçu Manuel Akanci üçün rəsmi təklif göndərib.
"İnformator.az" “Foot Mercato”ya istinadən xəbər verir ki, “sarı-qırmızılar” isveçrəli müdafiəçi üçün qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır.
Mançester təmsilçisi bu təklifdən imtina edərək 18 milyon avro tələb edib.
“Qalatasaray” nümayəndələrinin bu gün 30 yaşlı oyunçunun agenti ilə görüşəcəyi gözlənilir.