00:00:00
Yazar
Admin User
20.08.2025 11:47 71 1 dəq oxuma
Dünya

Maraqos: Avropa İttifaqı və Ermənistan arasında vizasız səfərlər realdır

Maraqos: Avropa İttifaqı və Ermənistan arasında vizasız səfərlər realdır

“Ermənistan üçün Avropa İttifaqının (Aİ) viza liberallaşdırılması realdır”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.

 

Səfirin sözlərinə görə, 2019-cu ildən bəri Aİ Ermənistandan başqa heç bir tərəfdaşla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamayıb:

 

“Ermənistanla viza rejiminin liberallaşdırılması dialoqunun başlanması keçən il atılan müstəsna siyasi addım oldu. Buna ötən il sentyabrın 9-da başladıq. Son beş ildə, əslində, Ermənistan istisna olmaqla, hansısa ölkə ilə viza rejiminin liberallaşdırılması dialoquna başlamamışıq, inanırıq ki, bu, realdır”.

 

Aİ səfiri Ermənistanın viza rejiminin liberallaşdırılması istiqamətində indiyədək gördüyü işləri yetərli sayır.


“Vizanın liberallaşdırılması üzrə fəaliyyət planının hazırlanması üzrə müvafiq qurumun işi başa çatıb. Bu, hazırda üzv dövlətlərlə müzakirə olunur və bu müzakirələr başa çatdıqdan sonra, ümid edirəm ki, fəaliyyət planını tezliklə Ermənistan hakimiyyəti və ictimaiyyətinə təqdim edəcəyik”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər