Mark Zuckerberg peşmanlığını dilə gətirib
ABŞ senatorları sosial şəbəkələrin gənc kütlələri lazımsız “virtual matetiallardan” qorumaq üçün lazımi cəhd göstərmədiklərini bildirib. Həmçinin, platformaları uşaq və yeniyetmələrin “sosial media istismarı”na cəlb olunmaları ilə günahlandırıb.
“Twitter” , “Discord” , “Tiktok” və “Snapchat” şəbəkələrinin idarəçilərinin qatıldıqları müşavirədə marqalı və qəribə anlar yaşanıb. Senatorlardan biri olan Lindsey Graham CEO’ların “insanları məhv edən” platformalara sahib olduqlarnı və “əllərinin qana bulandığını” deyib.
İstintaq çərçivəsində böyük tənqidlərlə üzləşən idarəçilər gənc istifadəçilər üçün yeni təhlükəsizlik tədbirlərinin müəyyən ünsürləriniı müzakirə ediblər. “WhatsApp”, “Facebook” və “Instagram”ın sahibi olan “Meta” 16 və daha aşağı yaşda olan gənclərin hesablarına gələn mesajları bloklayacağını bildirib. O, həmçinin intihar, özünə zərər vermə və yemək pozğunluğu ilə bağlı paylaşımların tapılmasını limitləyəcəyini açıqlayıb. Digər tərəfdən, “Meta”nın CEO’su Mark Zuckerberg baş verən bədbəxtliklərə görə üzrxahlığını qeyd edib. O, ailələrə müraciətlə deyib: “Heç kəs sizin ailələrinizin yaşadıqlarını yaşamamalıdır”.
Bununla belə, senatorlar baş alan təhlükələrə diqqət çəkərək, şirkətlərin bəyanatlarına şübhə ilə yanaşırlar. Sessiyanın bir hissəsi olaraq, gənc istifadəçilərə təsir edən asılılıq, zorakılıq və məxfilik problemlərinin həllini daha da irəlilətmək qərara alınıb. Bununla belə, platformaların virtual aləmdə uşaqları həqiqətən qoruya bilib-bilmədiyi hələ də aydın deyil.
Əli Məmmədli
