Masada 2 kritik mövzu var
BMT-nin 80-ci Baş Assambleyasına qatılmaq və müxtəlif təmaslarda bulunmaq üçün ABŞ-yə gedən Prezident Ərdoğan, cümə axşamı ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Ərdoğan-Tramp zirvəsində Türkiyənin F-16 və F-35 proqramlarına geri dönüş ehtimalı, həmçinin Türk Hava Yollarının nəhəng Boeing sifarişi müzakirə ediləcəyi ifadə olunub. İki lider arasındakı görüş isə Yunan mətbuatında böyük narahatlıq yaradıb.
Digər tərəfdən, Ərdoğan ilə Tramp arasındakı görüş Yunanıstanda da böyük narahatlıq doğurub. Yunan qəzetləri ABŞ-nin Baş nazir Kiryakos Mitsotakisə oxşar bir dəvət göndərmədiyinə diqqət çəkərək, Afinanın hadisələri narahatlıqla izlədiyini bildirib.
Yunanıstanın Idiseis qəzeti ABŞ Prezidenti Trampın Prezident Ərdoğanı Ağ Evdə qəbul edəcək olmasının Afinada narahatlıqla qarşılandığını yazıb. Xəbərdə, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis’in hələ oxşar bir dəvət almamasının, Vaşinqtonun Türkiyə və Yunanıstana qarşı fərqli yanaşmalarını ortaya qoyduğu qeyd edilib.
Haberler.com
Aygün Babayeva