McLaren-in dəyəri 5 milyard dolları keçib
Formula 1-də həm pilotlar, həm də komandalar üzrə çempionluğa doğru irəliləyən McLaren komandasının uğurları bazar dəyərini artırıb. Komandanın dəyəri 5 milyard dolları aşıb. İngiltərə mərkəzli komanda, səhmlərinin 30%-nin satışı əsasında aparılan qiymətləndirmə ilə Formula 1-in ən dəyərli komandası olub.
Bir investisiya şirkəti 2022-ci ildə McLaren-in 30%-lik payını satın aldığında, komandanın ümumi dəyəri 740 milyon dollar idi. Şirkət, üç il sonra həmin payı təxminən 7 qat gəlirlə satmış olub.
McLaren, ötən il 1998-ci ildən sonra ilk dəfə komandalar üzrə çempionluq qazanıb. Pilotlar üzrə isə sonuncu dəfə 2008-ci ildə Lewis Hamilton dünya çempionu olub.
Hazırda Formula 1-də Oscar Piastri və ya Lando Norris-in pilotlar üzrə çempionluğu qazanacağına, demək olar ki, qətiyyətlə baxılır. Komandalar üzrə isə McLaren, ən yaxın rəqibi Ferrari-dən 324 xal öndədir və ardıcıl ikinci çempionluğuna doğru irəliləyir.
TRT Spor
Eslanda Kulieva