00:00:00
Yazar
Admin User
02.08.2025 08:33 97 1 dəq oxuma
Dünya

Mədəniyyət Nazirliyində Fəxrəddin Manafovla görüş keçirilib

Mədəniyyət Nazirliyində Fəxrəddin Manafovla görüş keçirilib

Bu gün görkəmli kino və teatr aktyoru, Azərbaycan Kino Agentliyi Müşahidə Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Fəxrəddin Manafovun 70 yaşı tamam olur.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.


Fəxrəddin Manafovu 70 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli ona xoş arzularını çatdırıb.

 

Qeyd olunub ki, aktyor ömrünün böyük hissəsini Azərbaycanda kino və teatr sahələrinin inkişafına həsr edib. O, müxtəlif ekran əsərlərində, teatr tamaşalarında oynadığı xarakterik rollarla ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.


Prezident İlham Əliyevin 1 avqust 2025-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülməsi onun kino sənətinin inkişafında xidmətlərinə göstərilən diqqətin daha bir göstəricisidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər