Melaniya Trampdan gözlənilməz geyim: “Birinci xanım” obrazını alt-üst edib
Ağ Evdə süni intellektin təhsildə rolu ilə bağlı işçi qrupunun iclasında iştirak edən ABŞ-nin birinci xanımı Melaniya Tramp yenidən özünəməxsus geyim üslubu ilə diqqət çəkib
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 55 yaşlı Melaniya tədbirə rahat və qeyri-ənənəvi üslubda - iri ölçülü zolaqlı pencək və geniş şalvardan ibarət kostyumla qatılıb.
O, obrazını sadə ağ köynək, kostyuma uyğun nazik kəmər və klassik hündürdaban ayaqqabılarla tamamlayıb.
Birinci xanım “Köhnə Hollivud” stilində makiyajı və saç düzümü ilə də diqqət çəkib.
Melaniya Tramp bir daha sübut edir ki, birinci xanım olmaq mühafizəkar və qaydalara bağlı geyim tərzi seçmək anlamına gəlmir.