Melkonyan: Artıq Bakının bu tələbini yerinə yetirməyə borcluyuq
“Vaşinqton razılaşmalarının Azərbaycan üçün artıq konkret nəticələri var, Ermənistan isə perspektivlərlə kifayətlənməli olacaq”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Ekspert Ermənistanın razılaşmalar nəticəsində aşağıdalıları əldə etdiyini bildirib:
“Sülh müqaviləsinin başlanması potensial eskalasiyanı təxirə salmağa imkan verir.
“Türkiyə ilə sərhədin açılması perspektivi”.
Azərbaycana gəlincə, Melkonyan vurğulayıb ki, Bakının qazancları İrəvanla müqayisədə daha çoxdur:
“ATƏT-in Minsk qrupunun buraxılması. Bu, “Qarabağ məsələsi”ni tamamilə bağlayır. Artıq İrəvan və Bakı ATƏT-ə birgə bəyanat göndərib.
“Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin ləğvi. Bu, ABŞ və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığa faktiki olaraq qapı açır.
Naxçıvana gedən yol üçün eksklüziv şərtlər: Bakı öz anklavına maneəsiz keçidi nəzərdə tutan daha bir sənəd aldı.