00:00:00
Yazar
Nərmin Həşimova
05.05.2026 19:37 30 2 dəq oxuma
Siyasət

"Meloninin İrəvan səfərindən sonra Bakıya gəlməsi xüsusi rəmzi məna daşıyır"- ŞƏRH

"Meloninin İrəvan səfərindən sonra Bakıya gəlməsi xüsusi rəmzi məna daşıyır"- ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub.


Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, xüsusilə, neft-qaz sektorunda İtaliya Azərbaycan ixracının ən mühüm istiqamətlərindən biridir:


"İtaliya Azərbaycanın Avropada ən yaxın və məhsuldar əməkdaşlıq etdiyi strateji tərəfdaşlardan biridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan-İtaliya münasibətləri davamlı olaraq yüksək səviyyədə inkişaf edib və bu gün də dinamik şəkildə genişlənməkdədir. Hazırda İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. Xüsusilə, neft-qaz sektorunda İtaliya Azərbaycan ixracının ən mühüm istiqamətlərindən biridir.  İki ölkə arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. İqtisadi, ticarət və humanitar istiqamətlərdə, eləcə də işğaldan azad olunan ərazilərin bərpasında İtaliyanın iştirakı bu tərəfdaşlığın şaxələndirilmiş xarakter daşıdığını göstərir. İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri ölkəmizin Avropanın enerji təchizatında və enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Onun İrəvan səfərindən sonra Bakıya gəlməsi isə xüsusi rəmzi məna daşıyır. Bu addım Avropa üçün Azərbaycanın ən azı regiondakı digər tərəfdaşlar qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan mühüm rol oynayır və İtaliya bu kontekstdə ölkəmizin əsas tərəfdaşlarından biridir. Xüsusilə, Yaxın Şərqdə baş verən proseslər fonunda enerji təchizatı ilə bağlı risklərin artması İtaliyanın Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətini gücləndirir. Ümumilikdə, Meloninin Bakıya səfəri İtaliyanın Azərbaycanla, xüsusilə, enerji sahəsində əlaqələri daha da möhkəmləndirmək və genişləndirmək istəyinin aydın göstəricisi kimi qiymətləndirilir".


Səmayə Səftərova

#İtaliya #Azərbaycan #görüş #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər