Mersin və Hatayda meşə yanğınları
Mersin və Hatayda meşə yanğınları üçüncü gündür davam edir. Mersində baş verən yanğınlar Silifke və Anamur rayonlarındadır. Avqustun 13-də Silifkedə baş verən yanğında 50-dən çox evə ziyan dəyib, 1000-ə yaxın ev ehtiyat tədbiri olaraq təxliyə edilib.
Mersin valisi Atilla Toros bildirib ki, Silifkedə 6 məhəllədən ümumilikdə 1851 nəfər təxliyə edilib. Toros iki təyyarə, doqquz helikopter, 373 nəqliyyat vasitəsi və 1016 personalın alovları söndürmək üçün çalışdığını bildirib. Avqustun 14-də Anamurda başlayan yanğın davam edir. Korucuk məhəlləsi yaxınlığındakı bağda başlayan və meşəlik əraziyə sıçrayan yanğın səbəbiylə bir məhəllə boşaldılıb.
BBC
Zəhra Möhübbətova