Mertensdən Qəzzaya dəstək çağırışı
Ötən mövsümün sonunda "Qalatasaray"dan ayrılan belçikalı futbolçu Dris Mertens sosial media hesabında etdiyi paylaşımda, “Qəzza İsrail tərəfindən aclığa məhkum edilir” xəbərdarlığını edib.
38 yaşlı Mertens paylaşımında belə deyib:
“Qəzza İsrail tərəfindən aclığa məhkum edilir. Yay, danış, paylaş, nəsə et.”
İsrailin qıtlıq tətbiq etdiyi Qəzza zolağında son 24 saatda daha 7 fələstinlinin aclıqdan həyatını itirdiyi, aclıqdan ölənlərin ümumi sayının 89-u uşaq olmaqla 154 nəfərə yüksəldiyi bildirilib.
Haber Global
Xəlilli Nigar