00:00:00
Yazar
Admin User
18.01.2024 10:04 348 1 dəq oxuma
Dünya

Metro işləri zamanı iki bina uçdu!

Metro işləri zamanı iki bina uçdu!

İstanbulun Ümraniye şəhərində davam edən metro işləri zamanı bitişik iki bina uçub.

 

İstanbul Qubernatorluğundan verilən açıqlamada hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilib.  

 

AA-da yer alan xəbərə görə, Elmalıkent rayonunda 2 və 3 mərtəbəli binanın qarşısındakı yolda metro inşaatı işləri nəticəsində çökmə baş verib. 

 

Bunun üzərinə hadisə yerinə göndərilən qruplar ətrafa təhlükəsizlik zolağı quraraq tədbir alıblar. Görülən tədbirlər çərçivəsində boşaldılan bitişik iki bina daha sonra uçub. Çökmə səbəbindən əraziyə gücləndirici qruplar göndərilib.

 

QUBERNATOR BƏYANAT VERİB:

İstanbul Qubernatorluğundan verilən açıqlamada “Bina boş olduğu üçün ölən və ya yaralanan yoxdur” deyilib.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər