Metro xəttində texniki problem baş verib
İstanbulda M3 Bakırköy-Qayaşehir metro xəttində texniki nasazlıq səbəbindən tıxac yaşanır.
Bakırköy Sahil və Qayaşehir Mərkəz stansiyaları arasında fəaliyyət göstərən M3 metro xəttində naməlum səbəbdən texniki nasazlıq yaranıb.
İlkyuva stansiyasından Bakırköyə qədər hər iki istiqamətdə nəzarətli şəraitdə səfərlər həyata keçirilir.
Rəsmilər və təhlükəsizlik işçiləri sərnişinləri elanlar vasitəsilə məlumatlandırır və onları müvafiq təyinat yerinə yönləndirirlər.
Bu nasazlıq stansiyalarda sıxlığa səbəb olub.
TRT XƏBƏR
Nərgiz Əzizli