00:00:00
Yazar
Admin User
26.09.2025 16:09 76 1 dəq oxuma
Dünya

Microsoft'dan İsraillə bağlı qərar

Microsoft'dan İsraillə bağlı qərar

Amerikanın Microsoft texnologiya şirkəti İsrail ordusuna bəzi bulud və süni intellekt xidmətlərini dayandırıb.


ABŞ-nin texnologiya nəhəngi Microsoft, İsrail ordusunun Fələstinlilərin telefon danışıqlarını qeyd etmək üçün özünün bulud platforması olan Azure-dan istifadə etdiyini üzə çıxardıqdan sonra tədbir görüb.


“Microsoft” şirkətinin prezidenti Brad Smith İsrail ordusunun xidmət şərtlərini pozduğuna görə ona bəzi bulud və süni intellekt xidmətləri göstərməyi dayandırdığını bildirib.


"Biz mülki şəxslərin kütləvi şəkildə izlənilməsini asanlaşdıracaq texnologiyanı təmin etmirik" dedi Smith.
"Biz müştərilərimizin məxfilik hüquqlarına hörmət edirik və qoruyuruq" dedi. Smith bəzi xidmətlərin dayandırılması qərarının kibertəhlükəsizlik sahəsində əməkdaşlığa təsir etməyəcəyini bildirib.


“The Guardian” və digər media orqanlarının avqust ayında dərc etdiyi hesabatda İsrail ordusunun 8200-cü bölməsinin İordan çayının qərb sahilində və Qəzzada yaşayan fələstinlilərin telefon danışıqlarını qeyd etmək üçün Microsoft-un Azure platformasından istifadə etdiyi iddia edilib. Bu, Microsoft-un daxili araşdırmaya başlamasına səbəb olub.


İsrail ordusu kütləvi müşahidə nəticəsində əldə edilən telefon danışıqları məlumatlarını saxlamaq üçün Microsoft Azure-dan istifadə edib.


Microsoft iki ildir Qəzzaya hücum edən İsraillə əlaqələrinə görə dəfələrlə etirazlarla üzləşib. Etirazlar nəticəsində şirkət bəzi işçilərini ixtisar edib.


Hüriyyet
Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər