Microsoft, İsrail Müdafiə Nazirliyinə aid bəzi xidmətləri dayandırıb
Bu barədə TRT xəbər bildirib ki:
“ABŞ mərkəzli Microsoft, bulud xidmətlərinin Qəzza və İordan çayının Qərb sahilində mülki əhalinin izlənməsində istifadə olunduğuna dair sübutlar tapıldıqdan sonra İsrail Müdafiə Nazirliyinə göstərilən bəzi xidmətləri dayandırdığını açıqlayıb. Şirkətin vitse-prezidenti Brad Smith, “Guardian”da yayımlanan iddialar əsasında aparılan araşdırmada nazirliyin Hollandiya üzərindən Azure bulud saxlama və süni intellekt xidmətlərindən istifadə etdiyini təsdiqləyən məlumatlar əldə olunduğunu bildirib.
Nəticədə Microsoft bəzi abunəlikləri və xidmətləri ləğv edib. Smith vurğulayıb ki, şirkət texnologiyalarının kütləvi izləmə üçün istifadəsinə icazə vermir və müştərilərin məxfilik hüquqlarına hörmət edir”.
TRT haber
Ayşə Natiq qızı