00:00:00
Yazar
Admin User
27.08.2025 20:36 93 2 dəq oxuma
Dünya

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

 


Azərbaycan-ABŞ ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir. 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dən idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb.


Bu məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-dən yeni aqrotexnika və məhsuldarlıq artıran texnologiyalar Azərbaycanda bu sahənin ixrac potensialını gücləndirə bilər:


" Azərbaycan-ABŞ ticarət əlaqələrinin sürətli artımı bir neçə əsas amillə bağlıdır. Birincisi, ABŞ şirkətləri Azərbaycan üçün enerji sektorunda strateji tərəfdaşdır. Xüsusən də “bp” və digər iri şirkətlərin Xəzər dənizindəki layihələrində texnologiya və xidmət təminatı ABŞ-dən idxalı artırır.
İkincidi, Azərbaycanın sənaye, müdafiə, kənd təsərrüfatı və nəqliyyat sahələrində modern texnologiyalara ehtiyacı var. ABŞ-dən əsasən maşınlar, avadanlıqlar, yüksək texnoloji məhsullar gətirilir.
Üçüncüsü, Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması və qeyri-neft sektoruna dəstək ABŞ şirkətlərinin marağını artırır.
Dördüncüsü, Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi məsələsi gündəmə gəlib. ABŞ Avropaya alternativ enerji mənbələrinin inkişafında Azərbaycanın rolunu gücləndirir və bu da iqtisadi əməkdaşlığa təkan verir.


Eyni zamanda, Azərbaycan hökuməti Qərb bazarları ilə iqtisadi əlaqələri genişləndirməyi prioritet seçib, bu isə ABŞ ilə idxal-ixrac dövriyyəsini stimullaşdırır.
Yaxın illərdə ən böyük inkişaf potensialı olan sahələr enerji sektoru və yaşıl enerji olacaq. ABŞ şirkətləri Azərbaycanın külək və günəş enerjisi layihələrinə maraq göstərir. Xüsusilə Qarabağ və Naxçıvan bölgəsində bərpa olunan enerji əməkdaşlığı genişlənə bilər.
Texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində ABŞ-dən İT avadanlıqları, proqram təminatı və süni intellekt texnologiyalarının gətirilməsi ilə Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirə bilər.
Kənd təsərrüfatı və aqrotexnologiya sektorunda ABŞ-dən yeni aqrotexnika və məhsuldarlıq artıran texnologiyalar Azərbaycanda bu sahənin ixrac potensialını gücləndirə bilər.
Nəqliyyat və logistika istiqamətinə gəldikdə, Azərbaycanın Orta Dəhlizdə rolu böyüdükcə ABŞ şirkətləri də bu dəhliz üzərində logistik layihələrə qoşula bilər.


Müdafiə və təhlükəsizlik sahəsində ABŞ ilə hərbi-texniki əməkdaşlıq potensialı mövcuddur, xüsusilə müşahidə, kiber və dron texnologiyalarıda.
Yəni, gələcəkdə Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin əsas inkişaf istiqaməti enerji (xüsusən bərpa olunan enerji), yüksək texnologiyalar və nəqliyyat-logistika sahələri olacaq".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər