Milyonlarla vətəndaşın şəxsi məlumatları sızdı
Banqladeşdə 50 milyondan çox vətəndaşın barmaq izləri və identifikasiya nömrələri də daxil olmaqla şəxsi məlumatları hökumətin saytından sızdırılıb.
INFORMATOR.AZ TechCrunch texnologiya xəbər saytına istinadən xəbər verir ki, 50 milyon banqladeşlinin şəxsi məlumatları iyunun 27-də Cənubi Afrikada yerləşən Bitcrack Cybersecurity firmasının eksperti Viktor Markopoulos tərəfindən sızdırılıb.
Markopoulos məsələni bildirmək üçün Banqladeş Elektron Hökumətinin Kompüter İnsidentlərinə Müdaxilə Qrupu ilə əlaqə saxlayıb. O, mətbuata verdiyi açıqlamada veb saytda məlumatlara daxil olmağın çox asan olduğunu söyləyib.
Banqladeş Elektron Hökumət Kompüter İnsidentlərinə Müdaxilə Qrupunun İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Sukanta Çakraborti Anadolu Agentliyinə problem üzərində araşdırmalar getdiyini və bu cür məlumat sızmasının bütün dünyada baş verə biləcəyini bildirib.
Nigar
