00:00:00
Yazar
Admin User
16.06.2025 09:07 133 1 dəq oxuma
Dünya

Minnesotada iki deputata hücumda şübhəli bilinən şəxs tutulub

Minnesotada iki deputata hücumda şübhəli bilinən şəxs tutulub

ABŞ-nin Minnesota ştatında bir deputatı öldürməkdə, digərinə isə sui-qəsd etməkdə ittiham olunan 57 yaşlı Vance Boelter iki günlük axtarışdan sonra yaxalanıb. Ramsey County Şerif Ofisi onun saxlanıldığını təsdiqləyib, hadisəni “şərin üzü” adlandırıb və polis əməkdaşlarının fədakarlığını vurğulayıb.

 

Şənbə günü səhər Boelterin Demokrat deputatlar Melissa Hortman və Con Hoffmanla yanaşı onların həyat yoldaşlarını da güllələdiyi bildirilir. Hortman və həyat yoldaşı hadisə yerində həlak olub, senator Hoffman və həyat yoldaşı isə yaralanıb.

 

Boelterə qarşı iki qətl və iki qətlə cəhd ittihamı irəli sürülüb. O, polisə müqavimət göstərmədən təslim olub. Minnesota qubernatoru Tim Walz hüquq-mühafizə orqanlarına təşəkkür edib, Hortmanı "dəyərlərin təcəssümü" adlandırıb, Hoffman ailəsinin davranışını isə "qəhrəmancasına" qiymətləndirib.


Walz siyasi zorakılığın yolverilməz olduğunu bildirib: “Bu norma ola bilməz. İndi ölkənin əsas dəyərlərinə qayıtmaq vaxtıdır”. ABŞ-də son dövrlər siyasi zorakılıq halları artıb. Bu ilin aprelində Pensilvaniya qubernatorunun iqamətgahı yandırılıb, ötən il isə Donald Trampa sui-qəsd cəhdi baş verib. 2022-ci ildə Nensi Pelosinin ərinə çəkiclə hücum edilib.


Al Jazeera

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər