00:00:00
Yazar
Admin User
25.09.2025 17:22 100 1 dəq oxuma
Dünya

Miqrant qayığından düşən ana və uşağı həlak olub

Miqrant qayığından düşən ana və uşağı həlak olub

Aydın vilayətinin Didim rayonu açıqlarında qeyri-qanuni miqrantları daşıyan qayığdan düşən ana və onun 3 yaşlı uşağı faciəvi şəkildə həyatını itirib.


Məlumata görə, Hisar məhəlləsindəki Nazilli Umut Sitesi çimərliyindən qeyri-qanuni yollarla dənizə açılan və içərisində miqrantlar olan qayıq küləkli hava şəraitində dalğalara davam gətirməyərək yellənməyə başlayıb. Qayıqda olduğu iddia edilən 40 miqrantdan 7-si dənizə düşüb. Şişmə qayığı görən balıqçılar dərhal Sahil Təhlükəsizlik Komandanlığına xəbər verib.


Sahil Təhlükəsizlik qruplarının müdaxiləsi nəticəsində dənizə düşən 5 miqrant xilas edilib. Lakin, körpəsi ilə birlikdə dənizə düşən Əfqanıstan vətəndaşı ana və 3 yaşlı uşağı həyatını itirib.


Ana və uşağın cansız bədənləri Didim Dövlət Xəstəxanasının morquna qaldırılıb. Dənizdən sağ çıxarılan 5 miqrantın isə Didim Dövlət Xəstəxanasının təcili yardım şöbəsində müalicəsinin davam etdiyi, vəziyyətlərinin yaxşı olduğu bildirilib.


Hadisə ilə bağlı istintaq başladılıb.


Haber Global
Nigar Xəlilli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər