00:00:00
Yazar
Admin User
12.07.2023 13:39 366 2 dəq oxuma
Dünya

Miqrantların xilasetməsini təmin edən qətnamə qəbul olmaq üzrədir

Miqrantların xilasetməsini təmin edən qətnamə qəbul olmaq üzrədir

Yunanıstan sahillərində yüzlərlə miqrantın həyatına son qoyan gəminin qəzaya uğramasından bir ay sonra Avropa Parlamenti Aİ ölkələrindən xilasetmə əməliyyatlarını birlikdə aparmağı tələb edir. Təklif avropalı deputatların səsverməsinə çıxarılacaq. Avroskeptiklər və ifrat sağçı qruplar istisna olmaqla, ölkələrarası sahil mühafizəsinin cəlb edilməsini tələb edən qətnamə böyük fraksiyalar tərəfindən artıq təsdiqlənib. Qətnamə həmçinin Aİ ölkələrindən “qeyri-hökumət təşkilatları da daxil olmaqla, axtarış-xilasetmə əməliyyatlarında köməklik göstərə bilən bütün gəmilərdən tam istifadə etməyə” çağırır. Lakin bu təklifin üzv ölkələr arasında ziddiyyət doğuracağı şübhəsizdir. Çünki bəzi hökumətlərin fikrincə, bu cür addım xilas ediləcəyinə əmin olan və cəsarətlə yola çıxan miqrantlar üçün Avropanı daha “cəlbedici” edəcək.

 

Avstriyalı deputat Lukas Mndl hesab edir ki, axtarış və xilasetmə əməliyyatlarının aparılmasına görə məsuliyyət üzv ölkələrin üzərinə düşür: “Bu əməliyyatlar Aİ-nin ayrı-ayrı dövlətlərinin məsuliyyətindədir və qalacaq. Biz İttifaq səviyyəsində istənilən fəaliyyətə yalnız üzv dövlətlərin və onların səlahiyyətli orqanlarının səyləri ilə icazə verə bilərik”.

 

Hazırda Avropa sularında axtarış-xilasetmə əməliyyatlarına Aİ-yə üzv dövlətlər və qeyri-hökumət təşkilatları rəhbərlik edir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olmağa çalışanlar üçün ən təhlükəli bölgə Aralıq dənizidir. 2014-cü ildən bəri orada 27 min insan dünyasını dəyişib. Bu il isə itkin düşənlər də daxil olmaqla bu rəqəm artıq 2 minə yaxınlaşıb.

 

Bu həftəyə gəlincə, azı 86 miqrant İspan sahil mühafizəçiləri tərəfindən xilas edilib. Axtarış-xilasetmə təyyarəsi 80 kişi və 6 qadını daşıyan qayığın yerini müəyyən etdikdən sonra dəstək vermək üçün əraziyə yönləndirilib. Miqrantlar təcili xidmətlər tərəfindən qarşılanıb. İspaniya hökumətinin məlumatına görə, bu ilin yanvar-iyun ayları arasında Kanar adalarına 7,213 miqrant axın edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% azalma deməkdir.

 

Bu arada miqrant axınına qarşı çıxması ilə tanınan İtaliya hökuməti məşğulluq sahəsindəki kəsiri aradan qaldırmaq üçün miqrantların lehinə qərar qəbul edib. Belə ki, dövlət Avropa İttifaqı üzvü olmayan vətəndaşlara verilən iş icazəsi ilə bağlı kvotanı artırmağa qərar verib. Bundan əlavə, İtaliyaya gələn və Avropa İttifaqı hüdudlarından kənar yaşayan əcnəbi miqrantların işləyə biləcəyi sektorların sayı da çoxaldılacaq. Müvafiq olaraq, hər il 31 min olan iş icazələrinin sayı 2025-ci ilə qədər 425.000-ə çatdırılacaq.Pandemiyadan sonra, xüsusilə tikinti və turizm sektorlarında işçi çatışmazlığınDAN ÇOX SAYLI şikayətlər Baş nazir Giorgia Meloni belə bir addım atmağa vadar edib. Bundan əlavə İtaliya MərkəZİ Bankı tikinti və İT sektorları da daxil olmaqla BİR SIRA SAHƏLələrdə ixtisaslı işçilərin ciddi çatışmazlığının Avropa İttifaqının bərpa planınA ayırdığı 200 milyard avroluq proqramı təhdid etdiyinə dair xəbərdarlıq edib. Bu çərçivədə, 2025-ci ilə qədər xarici işçilərə verilən icazələrin sayı mərhələli artırılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər